Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Qlobal istiləşmə 1700-dən çox yeni virusun oyanmasına səbəb ola bilər

Himalay buzlaqlarında olan 1700-dən çox yeni virus növü qlobal istiləşmənin təsiri altında “oyanaraq” bəşəriyyət üçün potensial təhlükə yarada bilər.

TNS xəbər verir ki, bu barədə xarici tədqiqatçıların açıqladığı məlumatlarda bildirilib.

Qeyd olunub ki, Himalay dağlarında, Tibet yaylasındakı Quliya buzlağında aparılan tədqiqatda əksəriyyəti əvvəllər məlum olmayan 1700-dən çox virus növü aşkarlanıb. Bu virusların təxminən 41 min ildir, donmuş torpaqda gizləndiyi müəyyənləşib. Qlobal istiləşmə nəticəsində bu virusların əriyib, insanlar üçün təhlükə yarada biləcəyi ciddi narahatlığa səbəb olub.

Tədqiqatçılar bildirirlər ki, bu virusların böyük əksəriyyəti insanlara deyil, bakteriyalara yoluxur. Tədqiqat zamanı virusların müxtəlif iqlim şəraitinə necə reaksiya verdiyi və onların zamanla dəyişməsi araşdırılıb. Bu araşdırma virusların keçmiş iqlim dəyişikliklərinə necə uyğunlaşdığına dair mühüm məlumatlar verir.

Mütəxəssislər donmuş torpaqda tapılan bu virusların pandemiyaya səbəb olma potensialının aşağı olduğunu bildirsələr də, köhnə virusların yenidən ortaya çıxmasından daha çox yeni virusların təkamülünün narahatlığa səbəb olduğunu bildirirlər.

Aygün