Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Əhalini xəstələndirən yeni koronavirus infeksiyalarıdır?

Hazırda əhali arasında yüksək temperatur, güclü əzələ ağrıları və nəfəs darlığı ilə müşaiyət olunan xəstəlik müşahidə edilir. Ətrafda, eləcə də sosial şəbəkələrdə bu əlamətlərin qrip virusunun yaratdığı xəstəlikdən fərqli olduğu vurğulanır. Mütəxəssislər isə bildirir ki, xəstəliyin hansı infeksiyadan qaynaqlandığını müayinələr nəticəsində aşkarlamaq mümkündür.

Narahatlığa səbəb olan xəstəliklər mövsümi qrip, yoxsa hansısa yeni infeksiyalar nəticəsində ortaya çıxır?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, qeyd olunan əlamətlər əsasən, hazırda kəskin respirator virus infeksiyaları,  az da olsa, qrip və yeni koronavirus infeksiyaları  ilə əlaqədar ola bilər: “Xəstəlik əlamətlərinin səciyyəsinə görə bu infeksiyaları biri-birindən ayırmaq mümkün deyil. Yəni oxşar simptomlarla müraciət edən şəxslərdə qeyd olunan fərqli infeksiyalar təsdiqlənir. Konkret xəstəlik halında bunun hansı infeksiya olduğunu yalnız spesifik müayinələr aşkar edə bilər”.

Aygün