Close

Gündə neçə dəfə qidalanmaq lazımdır? – İsti havada bu yeməklərdən uzaq durulmalıdır

Yay mövsümündə insan oqranizmində maddələr mübadiləsinin sürəti nisbətən azalır, eyni zamanda temperatur yüksək olduğuna görə, orqanizm daha çox mayeyə təlabat duyur.

Bu barədə TNS-ə danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova yay mövsümündə düzgün qidalardan istifadə olunmasının əhəmiyyətini vurğulayıb.

O bildirib ki, maye təlabatını ödəmək üçün gün ərzində lazımi miqdarda suyun qəbuluna diqqət olunmalıdır: “Əsas diqqət olunası məqam təmiz suyun qəbul olunmasıdır. Yalnız təmiz su, meyvəvə-tərəvəzlərin tərkibindəki maye və  ayran orqanizmin maye balansını təmin edə bilir. Gün ərzində hər kq bədən çəkisinə görə 0,30 ml su qəbul olunması tövsiyə olunur. Çay və qəhvəni acqarına içmək, eyni zamanda çox içmək doğru deyil. Gün ərzində bir-iki fincanı keçməməlidir. Bu içkilərin tərkibində olan kofein tez bir müddətdə enerjinin bərpasına gətirib çıxarsa da, susuzluq üçün lazım olan mayeni əvəz etmir. Bitki çayının içilməsi tövsiyə olunur. Amma bitkiləri seçərkən də peşəkar tövsiyyəsi vacibdir, çünki bir çox bitkinin müalicəvi təsiri olduğundan orqanzimə yan təsirləri ola bilər. Nanə, kəklikotu, mixək, mədədə problem yoxdursa, az miqdarda zəncəfil və liomondan istifadə etməklə hazırlanan içkilər isə orqanizmə enerji verməklə yanaşı, maddələr mübadiləsinin sürətini yaxşılaşdırır. Bəzən maye kimi qazlı, rəngli və şəkərli sualardan istifadə olunur ki, bu, yolverilməzdir. Çünki bu cür suların tərkibində şəkərin həddindən artıq olması, eyni zamanda kimyəvi qatqı maddələrinin varlığı oqranzmə zərər verir”.

mehseti

Mütəxəssis bildirib ki, əgər gün ərzində 4-5 ədəd tərəvəz qəbul olunursa, 2-3 ədəd də meyvə qəbuluna diqqət edilməlidir: “Yay meyvəsi olan gilas, çiyələk və giləmeyvələr 150-200 qramdan artıq qəbul olunmamalıdır. Qarpız və yemişi qəbul edərkən də miqdarı keçməməyə diqqət olunmalıdır. Yaxşı olar ki, meyvələr yeməklə birlikdə deyil, yemək aralarında və yaxud yeməkdən 45-50 dəqiqə sonra qəbul olunsun. Meyvənin tərkibində olan şəkər miqdarı keçirsə, daha çox kalori qəbuluna və zamanla artıq çəkiyə səbəb olur. Şirin meyvələri günün birinci yarısında qəbul etmək orqanizm üçün daha faydalıdır. Eyni zamanda, yağlardan istifadə də günün birinci yarısında olsa, daha yaxşı olar. Yağların hər gün 20-25 qram qəbulu önəmlidir. Əgər yağ qəbulu normada olmasa, mərkəzi beyin sisteminin funksiyası zəifləyir, eyni zamanda dəridə erkən qocalma başlayır”.

Gündə neçə dəfə qidalanmalı?

M. Hüseynova bildirib ki, 20-25 yaşa qədər olan insanların gün ərzində 3 dəfə, yuxarı yaşda olanların isə gün ərzində iki dəfə qidalanması daha faydalıdır: “Qidalanma zamanı yağlı qızartmalardan, ağır kalorili qidalardan uzaq durmaq tövsiyə olunur ki, həzm problemləri yaranmasın. Yayda qida zəhərlənmələri çoxalır. İlk növbədə sanitar-gigiyena normalarına əməl olunması ilə yanaşı, qidaları hazırlayarkən və saxlayarkən qaydalara əməl olunması vacibdir. İstifadə edə biləcəyimiz qədər yemək bişirmək daha yaxşı olar. Əgər qidalar adi günlərdə otaq temperaturunda iki saata qədər saxlanıla bilirsə, yay aylarında bu müddət azalır. Yeməklərin tərkibi daha sürətlə dəyişir,  mikroorqanizmlər artır ki, bu da qida zəhərlənmələrinə səbəb ola bilir”.

Aygün