Close

Arıqlamaq üçün yediyiniz meyvələr sizi kökəldə bilər

Meyvələr çox yeyildiyi halda kökəlməyə səbəb ola bilər.

Məlumdur ki, insanlar arasında meyvə pəhrizləri çox populyarlaşıb.

Yağlı, yüksək kalorili və şəkərli qəlyanaltıları əvəzlədiyimiz meyvələr lifli quruluşu ilə də toxluq hissi yaradır. Ancaq hər pəhriz nümunəsində olduğu kimi, meyvə yeyərkən də bəzi səhvlərlə yol verilir.

Mütəxəssilər xəbərdarlıq edir ki, çox miqdarda meyvə yemək, arıqlatmaq əvəzinə, kökəldə bilər.

Belə ki, meyvələrdə saysız-hesabsız mineral və vitamin var. Bu şəkildə immunitet sisteminin güclü qalmasına dəstək olur. Ancaq meyvələrin tərkibində növündən asılı olaraq, müəyyən miqdarda şəkər olduğu üçün xüsusilə kökəlmək istəməyənlər üçün meyvə istehlakı ilə bağlı sual işarəsi yaranır. Xüsusilə bəzi meyvə növləri digərlərindən daha çox şəkər ehtiva edir. Bu vəziyyət pəhriz saxlayan insanların meyvədən qaçmasına səbəb olur.

Pəhrizdə olub-olmamasından asılı olmayaraq, hər kəs meyvələri nizamlı şəkildə və müəyyən porsiyalarla istehlak etməlidir. Meyvələrdə çoxlu minerallar və vitaminlər olduğu üçün orqanizmin onlara ehtiyacı var. Mövsümə görə dəyişən meyvələr həddi aşmadan hər kəs tərəfindən təhlükəsiz şəkildə istehlak edilə bilər.

Meyvələr çoxlu seçimləri olan bir məhsul qrupudur. Hər kəsin zövqü fərqli olsa da, ümumi sevimli meyvələr çoxdur. Hər kəsin bildiyi kimi, meyvələrdə fruktoza kimi tanınan əhəmiyyətli miqdarda meyvə şəkəri var.

Həddindən artıq fruktoza istehlakı çəki artımına səbəb ola bilər. Xüsusilə, diabet xəstələrinin bu mövzuda daha diqqətli olması lazımdır. Meyvə istehlakında ən vacib şey porsiya ölçüləridir.

Böyük porsiyalarda souslu meyvə salatları istehlak etdikdə və ya gündə ən az 3-4 porsiya meyvə yedikdə arıqlamaq əvəzinə kökəlmək olar. Meyvə tərkibində şəkər olduğu üçün məsum görünsə də, çox miqdarda istehlak edildikdə orqanizmdə insulin miqdarını artırır və kökəlməyə yol açır.

Aygün