Close

Beyni polad kimi gücləndirən qidalar

Beyni və psixi sağlamlığı yaxşılaşdırmaq üçün diqqət edilməli olan bir çox qayda var. Sağlam bədən üçün balanslı qidalanmaya ehtiyac olduğu kimi, pəhriz və yediklərimiz ruhi sağlamlıq üçün vacibdir. Bəzi qidalardan istifadə beyin sağlamlığını yaxşılaşdırmağa və yaddaşı gücləndirməyə kömək edə bilər. Qidalanma ilə yanaşı, idman etmək, normal yatmaq da beynin güclənməsində önəmli rola sahibdir.

TNS bununla bağlı mütəxəssislərin fikirlərini təqdim edir:

Omeqa-3 yağ turşularının (məsələn, balıq), antioksidantların (meyvə və tərəvəzlər) və kompleks karbohidratların (bütün taxıllar) istehlakı beyin sağlamlığını dəstəkləyir.

İdman etmək beyin funksiyalarına müsbət təsir göstərir. Qan dövranını yaxşılaşdırır, stresi azaldır və ümumi psixi sağlamlığa müsbət təsir göstərir.

Yaxşı yuxu beyin hüceyrələrinin təmiri və yenilənməsi üçün vacibdir. Yuxusuzluq uzun müddətdə beyin funksiyalarına mənfi təsir göstərə bilər.

Xroniki stresin beyin sağlamlığına mənfi təsiri qaçılmazdır. Stresi azaltmaq üçün bəzi texnikaları tətbiq etmək vacibdir (meditasiya, dərin nəfəs məşqləri, hobbilər).

Beyini daim çalışdıran və inkişaf etdirən zehni fəaliyyətlərlə məşğul olmaq vacibdir. Tapmacaların həlli, öyrənmə proseslərinin davam etdirilməsi və yeni bacarıqların öyrənilməsi kimi fəaliyyətlər beyin sağlamlığını qoruyur.

Qarşılıqlı ünsiyyət də beyin sağlamlığı üçün faydalıdır. Sosial aktivlik beyin funksiyasını dəstəkləyir və zehni cəhətdən işlək qalmasına kömək edir.

Fəal həyat tərzi keçirmək və zehni məşqlər etmək vacib olsa da, yediklərimiz zehnimizin iti olmasına böyük təsir göstərir. Qidalanmaya müəyyən ərzaqları daxil etmək idrak funksiyasını, yaddaşı və diqqəti yaxşılaşdıra bilər.
Mütəxəssislər qaragilə, yağlı balıq, müxtəlif çərəzlər, toxumlar fındıq, tünd şokolad, yaşıl yarpaqlı tərəvəzlər, zəncəfil kimi qidaların beyinin daha yaxşı fəaliyyəti və sağlamlığı üçün faydalı olduğunu vurğulayır.

Aygün