Close

İnfarkt niyə qadınlar üçün kişilərdən daha təhlükəlidir?

İnfarkt kişilərə nisbətən qadınlar üçün daha təhlükəli xəstəlikdir.

TNS xəbər verir ki, bu barədə İsveçdəki Karolinska İnstitutunun alimlərinin “Circulation” jurnalında dərc olunan elmi məqaləsində bildirilib.

Alimləri hesablayıblar ki, fəsadlarla müşayiət olunan infarkt 50 yaşlı qadının ömrünü orta hesabla 11 il, ürək funksiyası qorunmuş 80 yaşlı kişinin ömrünü isə təxminən beş ay qısaldır.

Alimlər 1991-2022-ci illər arasında miokard infarktı keçirmiş 335 min insanın sağlamlığı və gözlənilən ömür uzunluğu ilə bağlı məlumatları təhlil ediblər. Tədqiqatda həmçinin İsveçin Statistika, Səhiyyə və Sosial İşlər Nazirliyindən əldə edilən 1,6 milyon sağlam könüllü haqqında məlumatdan istifadə edilib.

Tədqiqatçılar infarktdan sonra insan ömrünün nə qədər azaldığını öyrənmək üçün araşdırmalar aparıblar. Onlar aşkar ediblər ki, infarkt ən çox qadınlara və gənclərə baha başa gəlir. Ürək disfunksiyası halında 50 yaşlı qadının ömrü orta hesabla 11 il qısalır, fəsadsız infarkt isə kişidən yalnız 5 ayını alır.

Alimlər aydınlaşdırıblar ki, hətta eyni yaş kateqoriyasında infarkt qadınların ömrünə kişilərin həyatından daha ciddi mənfi təsir göstərir.

Lakin tədqiqatçılar fəsadlarla müşayiət olunan infarktın niyə qadınlar üçün kişilərdən daha təhlükəli olduğunu hələ dəqiq müəyyən edə bilmirlər.