Close

Həkimlər ən sağlam deserti açıqlayıblar

Dondurmada digər desertlərə nisbətən daha çox kalsium və protein var. Bundan əlavə, tərkibində optimal miqdarda yağ olduğundan qanda şəkərin güclü "sıçrayışına" səbəb olmur.

TNS xəbər verir ki, bu barədə amerikalı diyetoloqlar Şelli Balls və Stefani Vant Zelfden “Daily Mail”ə bildiriblər.

Şelli Balls qeyd edib ki, bir fincan südlü dondurmanın üçdə ikisi böyüklər üçün tövsiyə olunan gündəlik kalsiumun təxminən 12%-ni ehtiva edir. Kalsium ən vacib makronutrientlərdən biridir. Əzələlərin, sümüklərin və dişlərin güclənməsini təmin edir. Bundan əlavə, bəzi dondurmaların hər porsiyasında təxminən altı qram protein var. Bir yumurtada da təxminən eyni miqdarda protein olur.

Həkimlər həmçinin deyiblər ki, yağların və zülalların optimal birləşməsi sayəsində dondurma qanda qlükoza konsentrasiyasının çox kəskin artmasına səbəb olmur. Bu şəkər dalğalanmalarının qarşısının alınması diabet və ürək xəstəliyi riskinizi azaldır.

Bununla belə, dietoloqların fikrincə, dondurmanı çox miqdarda qəbul etmək də olmaz. Digər desertlərlə müqayisədə aşkar üstünlüklərinə baxmayaraq, bu sərinləşdirici dadın tərkibində şəkərin miqdarı yüksək olaraq qalır. Bu səbəbdən, porsiya ölçülərinə diqqət edərək yüksək kalorili və daha şirin qidaları dondurma ilə əvəz etmək tövsiyə olunur.