Close

Azərbaycanda ən çox hansı sahənin həkimləri hazırlanır?

Azərbaycanda tibb ixtisasları üzrə ali təhsil müəssisələrində hazırlanan mütəxəssislərin sayı ümumillikdə 1695 nəfərdir.

TNS Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, onlardan 984-ü müalicə işi ixtisasında təhsil alır. 19-u pediatriya, 17-si tibbi profilaktika, 303-ü stomatologiya, 296-sı əczaçılıq, 76-sı hərbi tibb ixtisasını seçib.

Farmakologiya, tibbi biologiya, dərman formalarının texnologiyası, toksikoloji kimya kimi vacib ixtisaslar üzrə ali təhsil müəssisələrində mütəxəssis hazırlığı mövcud deyil.

Qeyd edək ki, tibb ixtisası üzrə hazırlanan mütəxəssislərin sayında son 20 ildə cəmi 361 nəfər artım var. Belə ki, 2005-ci ildə adı keçən ixtisaslar üzrə hazırlanan mütəxəssislərin sayı cəm 1333 nəfər, 2022-ci ildə isə 1695 nəfər olub.

Aygün