Close

19:23
02 İyul 2024

Soyuq duş sağlamlığa ziyandır

İsti havalarda sərinləmək üçün qəbul edilən soyuq duş ürəyə mənfi təsir göstərə bilər.

TNS xəbər verir ki, bu barədə Türkiyənin Trakya Universiteti (TU) Tibb Fakültəsi Kardiologiya kafedrasının professoru Servet Altay xəbərdarlıq edib.

Həddən artıq istilərin insan həyatına mənfi təsir göstərdiyini deyən həkim belə havalarda bədənin istilik tarazlığını qorumaq üçün soyuq su ilə duş alındığını deyib. O, yayda sərinləmək üçün soyuq su ilə duş qəbul etməyin yanlış olduğunu, damar və bədənin istilik tarazlığını qorumağa çalışarkən ürək xəstəliklərinin yarana biləcəyini vuğulayıb: “Soyuq duş qəbul etmək və ya sürətli şəkildə soyuq suya girmək orqanizmə mənfi təsir göstərir. Qan dövranı pozulur, soyuqdan damarlar spazma girir. Bu vəziyyət nəticəsində bədənin xarici təbəqəsindəki damarlarda ani təzyiq balansı pozula bilər. Qan təzyiqinin azalması və artması səbəbiylə huşunu itirmə baş verər.

Bu, ürəyin öz damarlarında da ola bilər.

Bədəni sərinlətmək üçün soyuq duş qəbul edirik, amma bunu öyrəşdirərək, tədricən etmək vacibdir. Ən yaxşısı isə ilıq duş almaqdır”.

Aygün