Close

Xərçəng xəstəliyi ilə bağlı ŞOK PROQNOZ

Bədənin bir orqanında anormal hüceyrələrin nəzarətsiz böyüməsi ilə başlayan, digər orqanlara yayılan böyük xəstəlik qrupu kimi xarakterizə olunan xərçəng dünyada ən öldürücü ikinci xəstəlik sayılır.

Yarandığı toxumaya görə 200-dən çox xərçəng növü müəyyən edilsə də, növlərin rastgəlmə tezliyi insandan insana dəyişə bilər.

TNS-in Ümumdünya Səhiyyə Təşkilatına bağlı olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin hesabatına istinadla məlumatına görə, dəri, döş, ağciyər, prostat vəzi, mədə, yoğun bağırsaq, uşaqlıq boynu xərçəngi və limfa düyünlərinin şişləri "bədxassəli şiş" və ya "ur" adlanır, xəstəliyin ən çox yayılmış növlərindəndir.

Xərçəng normal hüceyrələrin şiş hüceyrələrinə çevrilməsi nəticəsində əmələ gəlir, adətən çoxmərhələli prosesdə xərçəng öncəsi lezyondan bədxassəli şişə doğru irəliləyir.

Xərçəngin səbəblərindən biri kimi genetik meylin olduğu bildirilərkən, siqaret və alkoqol istifadəsi, çox günəş şüasına məruz qalma, radiasiya və kanseroloji adlanan bəzi kimyəvi maddələr, müxtəlif viruslar, qaydasız yemək vərdişləri, havanın çirklənməsi kimi amillər də xəstəliyə səbəb olur.

Asiya liderdir

Ümumdünya Səhiyyə Təşkilatına bağlı olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) bu il dərc etdiyi hesabata görə, 2022-ci ildə 20 milyon yeni xərçəng xəstəsi qeydə alınıb və 9,7 milyon insan xərçəngdən ölüb.

Xərçəngə yoluxma hallarının 49,2 faizi Asiyada, 22,4 faizi Avropada, 13,4 faizi Şimali Amerikada, 7,8 faizi Latın Amerikasında, 5,9 faizi Afrikada, 1,3 faizi isə Okeaniyada aşkar edilib.

2022-ci ildə dünyada ən çox yayılmış xərçəng növləri ağciyər, döş və kolorektal xərçəngdir. Ağciyər xərçəngi 2,5 milyon yeni hadisə ilə ümumi yeni halların 12,4 faizini təşkil edib və dünyada ən çox rast gəlinən xərçəng növü kimi qeydə alınıb.

Eyni ildə ən çox ölüm - 1,8 milyon nəfər ilə ağciyər xərçəngindən olarkən, bu rəqəm xərçəngdən ölənlərin 18,7 faizini təşkil edir. Kolorektal xərçəngdən 900 min insan həyatını itirib. Bunu 760 min ilə qaraciyər xərçəngi, 670 min ilə döş xərçəngi və 660 min ilə mədə xərçəngi izləyir.

Ən çox yayılmış və ölümcül xərçəng növü qadınlarda döş, kişilərdə isə ağciyər xərçəngidir.

Dünyada təxminən hər 5 nəfərdən 1-i həyatı boyu xərçəng olur, hər 9 kişidən 1-i və 12 qadından 1-i xərçəngdən ölür.

2050-də xərçəngə tutulmaların 77 faiz artması proqnozlaşdırılır

2050-ci ildə dünyada 35 milyondan çox yeni xərçəng xəstəsinin olacağı proqnozlaşdırılsa da, 2022-ci ildə təxmin edilən 20 milyon hadisə ilə müqayisədə 77 faiz artım gözlənilir.

Qlobal xərçəng yükü sürətlə artarkən, tütün, alkoqol və piylənmə xərçəng hadisələrinin artmasının əsas amilləri kimi önə çıxır.

Havanın çirklənməsi xərçəng üçün əsas “ekoloji risk faktorlarından” biridir.

2022-ci ildə Türkiyədə 240 min yeni xəstə olub

Türkiyədə 2022-ci ildə 240 min 13 yeni xərçəng xəstəsi qeydə alınıb, 129 min 672 nəfər isə xərçəngdən həyatını itirib. Kişilərdə 132 min 476, qadınlarda isə 107 min 537 xərçəng hadisəsi aşkarlanrakən, ən çox ağciyər, süd vəzi və kolorektal xərçəng növləri qeydə alınıb.

Azərbaycanda vəziyyət necədir?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda ilk dəfə diaqnoz qoyulmaqla qeydə alınan xərçəng xəstələrinin sayı 13924 nəfər olub ki, bu da əvvəlki illərdə olan rəqəmlərdən artıqdır. Ölkədə ən çox rast gəlinən süd vəzi xərçəngidir (2565). Traxeya, bronx, ağciyər (1460), mədə xərçəngi (1430) də ilk sıralardadır. Qida borusunun xərçəngi ilə həmin il 490 insana diaqnoz qoyulub. Ölkədə adı keçən xəstəliklə bağlı 2022-ci ildə tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 62385 olub.

Bu da əhalinin hər 100 000 min nəfərinə 616 nəfər edir.

Müqayisə üçün bildirək ki, 2000-ci ildə qeydiyyatda olan xəstələrin sayı 21088, 2010-cu ildə 28052 olub.

Xərçəngin dəqiq və erkən diaqnozu sağalma ehtimalını artırır

Düzgün və effektiv müalicə üçün xərçəng diaqnozunun dəqiq qoyulması vacib olsa da, hər xərçəng növü fərqli müalicə üsullarını tələb edir.

Xərçəngin müalicəsi ümumiyyətlə cərrahiyyə, radioterapiya və ya kimyaterapiya, hormonal müalicələr və hədəflənmiş bioloji müalicələr kimi sistematik bir proses tələb edir. Müalicə metodu seçilərkən xərçəngin növü və müalicə olunan şəxs də nəzərə alınır.

Gözlənilən terapevtik nəticəyə nail olmaq üçün müalicə protokolunu müəyyən edilmiş müddət ərzində tamamlamaq vacibdir.

Müalicənin müsbət bir prosesdə davam etməsi üçün ilk addım olaraq müalicə hədəfinin müəyyən edilməsi vacib olsa da, əsas məqsəd xərçəngi müalicə etmək və ya ömrü əhəmiyyətli dərəcədə artırmaqdır.

Süd vəzi, uşaqlıq boynu xərçəngi, ağız və kolorektal xərçəng kimi ən çox yayılmış xərçəng növlərindən bəzilərinin erkən diaqnoz qoyulduqda və ən yaxşı təcrübələrə uyğun müalicə olunduqda sağalma ehtimalının yüksək olduğu məlumdur.

Ölkələrin gəlir səviyyələrinə görə müalicə imkanları baxımından əhəmiyyətli fərqlər olsa da, yüksək gəlirli ölkələrin təxminən 90, aşağı gəlirli ölkələrin 15 faizində hərtərəfli müalicə mövcuddur.

Aygün