Close

Ağ tükləri qoparmaq saç köklərini məhv edir

Yəqin ki, saçlarda olan ağ tükləri qopardıqda yerinə daha çox ağ saçların çıxması barədə deyilənlər hamıya məlumdur.

Mütəxəssislər bu fikri təkzib etsə də, ağ saçların qoparılmasının saçlara başqa formada zərər verə biləcəyini deyirlər.

TNS xəbər verir ki, türkiyəli dermatoloq Hamdan Abdullah Hamed ağarmış tüklərin qoparılmasının ağ saçların çoxalmasına yol açmadığını bildirib.
“Amma saçları qoparan zaman saç kökü də çıxarılır ki, bu da tükün strukturuna zərər verə bilər.

Belə ki, saç folikulu çıxarılan zaman dərinin içərisində kiçik bir boşluq yaranır, zaman keçdikcə bu dəlik yağ və kəpəklə dolur. Həmin boşluq tıxanaraq digər problemlərə səbəb ola bilər. Bundan əlavə, hər bir saç telinin böyümə istiqaməti var və tükü böyümə istiqamətinin əksinə çəkdikdə saç kökünə daha çox zərər dəyir”, - deyə o əlavə edib.

Aygün