Close

Mədəsini kiçiltdirdi, dalaq və öd kisəsi çürüdü

Türkiyənin Yalova vilayətində mədəsini kiçiltmək üçün əməliyyata girən xəstənin dalağı və öd kisəsi götürülüb.

TNS DHA-ya istinadən xəbər verir ki, ağır çəkidən əziyyət çəkən 24 yaşlı Umutcan Ateş mədəsini kəsdirmək qərarına gəlib. Çəkisi 138 kq olduğu üçün hərbi xidmət keçə bilməyən gənc həkimə müraciət edib. Mədəkiçiltmə əməliyyatı nəticəsində 58 kq çəki verən Umutcanın səhhətində ciddi problemlər yaranıb. Yenidən həkimə müraciət edən xəstənin digər daxili orqanlarının ilk əməliyyat zamanı zədələndiyi, çürüdüyü ortaya çıxıb. Bu səbəbdən onun dalaq və öd kisəsi də kəsilib.