Close

Tərkibində zülal olan qidalar orqanizmi bu xəstəliklərdən qoruyur

Payız fəslində bəzi insanlarda depressiya halları müşahidə olunur. Buna mövsümün dəyişməsi və birdən-birə havanın soyuması səbəb olur.

Payızda insan orqanizminin daha da müqavimətli olması üçün düzgün qidalanmaq zəruridir.

Qida məsələləri üzrə ekspert Ağa Salamovun sözlərinə görə, ümumiyyətlə, hava qəfil dəyişdiyi, soyuduğu zaman insan orqanizmində həssaslıq müşahidə olunur.

Ekspert TNS-ə açıqlamasında bildirib ki, təbii olaraq, havanın soyuması nəticəsində viruslar da aktivləşir:

“Adətən immun sistemi zəif olanlar daha tez xəstələnirlər. İmmuniteti gücləndirmək üçün mütləq şəkildə meyvə-tərəvəzlərdən bol istifadə edilməlidir. Xüsusilə də payız aylarında buna riayət etməkdə fayda var. Qazlı və rəngli içkilərdən imtina etmək, sadə təmiz su içmək məsləhətdir".

Ağa Salamov qida rasionuna zülalla zəngin məhsulların daxil edilməsini zəruri hesab edir: “Zülallarla zəngin olan lobya və bu kimi məhsulların insan orqanizminə ciddi müsbət təsiri var.

İnsan orqanizmində hər kiloya görə bir qram zülal düşürsə, onun 0,5 faizi heyvanmənşəli, digər 0,5 faizi isə bitkimənşəli olmalıdır. Buna görə də ət, balıq, toyuq, yumurta, kərə yağından istifadə etməklə heyvanmənşəli zülallardan yararlanmaq mümkündür. Lobya, mərci, noxud və bu kimi digər məhsullar vasitəsilə orqanizmi bitkimənşəli zülallarla təmin etmək olar. Bir sözlə, bu qidalara hər zaman üstünlük vermək lazımdır".

aqasalamov