Dünyanın ən ölümcül yeməyi: bir loxması belə xərçəngə səbəb olur

Taylandda çiy balıqla hazırlanan “Koi pla” yeməyinin tərkibindəki bakteriyalara görə ölümcül olduğu bildirilir.
TNS xəbər verir ki, mütəxəssislər ictimaiyyətə bu qidadan istifadə etməmək barədə xəbərdarlıq edərkən, hər il 20 min insanın bu xəstəlikdən öldüyü düşünülür.
Suşidən tutmuş şirin və turş toyuğa qədər, Asiya mətbəxi son vaxtlar bütün dünyada məşhurlaşıb. Lakin mütəxəssislər Taylanda aid bu yeməyin ölümcül ola biləcəyi barədə xəbərdarlıq edirlər.
“Koi pla” doğranmış çiy balıqların müxtəlif otlar, ədviyyatlar və limon suyu ilə qarışımından hazırlanır. Yemək ölkənin ən yoxsul bölgələrindən biri olan İsaan və Xon Kaen əyalətlərində daha məşhurdur.
Yeməyin bir loxması belə qaraciyər xərçənginə səbəb ola bilər. “Koi pla”nı ölümcül edən əslində çiy balıq deyil, Taylandın Mekonq bölgəsindəki şirin su balıqlarında endemik parazitin olmasıdır.
“Daily Star” qəzetində yer alan xəbərə görə, İsaan bölgəsi bu qidanın həddindən artıq istehlakı səbəbindən dünyada qaraciyər şişi və öd yolları xərçənginin ən çox yayıldığı yerdir. Kanserogen qidanın Taylandda hər il 20.000 nəfərin ölümünə səbəb olduğu düşünülür.