II Əl-Hüseyn bin Abdullah Azərbaycan Prezidentini təbrik edib
4
14:04 - 30 May 2025

İordaniya Haşimilər Krallığının Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
TNS xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizə ən xoş arzularımı bildirir, ölkənizə və xalqınıza davamlı tərəqqi, firavanlıq və uğurlar diləyirəm”.