Close

Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib - YENİLƏNİB + FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edib.

TNS xəbər verir ki, söhbət zamanı dövlət başçısının Mixael Harmsla, həmçinin Almaniya biznes dairələri və şirkətlərinin nümayəndələri ilə görüşləri məmnunluqla xatırlandı, Almaniya Prezidentinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin, o cümlədən iqtisadi sahədə əlaqələrimizin genişlənməsində rolu vurğulanıb.

Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın inkişaf etdiyi bildirilib.

Mixael Harmsın ölkəmizə səfərinin səmərəli olacağına və iqtisadi əməkdaşlıqla bağlı gündəliyimizin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvarlıq ifadə edilib.

Qonaq bu gün qarşılıqlı iqtisadi layihələrlə bağlı AZPROMO ilə “Yol xəritəsi”nin imzalanacağını qeyd edərək, bu məsələdə Azərbaycan Prezidentinin siyasi dəstəyini vurğulanıb.

Görüşdə Azərbaycanda mövcud olan əlverişli investisiya şəraitinə toxunularaq, bu xüsusda alman iş adamlarının ölkəmizə sərmayə yatırmaları qeyd edildi və iqtisadi əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

10:39

Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edib.

17485870656485121646_1200x630

17485870654259955649_1200x630