San-Marino Kapitan-Regentləri Azərbaycan Prezidentini təbrik edib
7
19:36 - 29 May 2025

San-Marino Respublikasının Kapitan-Regentləri Denise Bronzetti və İtalo Riqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
TNS xəbər verir ki, mətubda deyilir:
"Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.
Bu əlamətdar gündə Zati-alinizə uğurlar diləyir, ən yüksək ehtiramımızı bildirir, Azərbaycan xalqına rifah və firavanlıq dolu gələcək arzulayırıq".