Malta Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Malta Prezidenti Miriam Spiteri Debono Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
TNS xəbər verir ki, təbrik məktubunda deyilir:
“Zati-aliləri.
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və xalqınıza Malta xalqı adından, həmçinin öz adımdan səmimi təbriklərimi çatdırıram.
Bu il Malta Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmət və ümumi anlaşma əsasında qurulmuş diplomatik münasibətlərin 30 illiyi qeyd olunur. Əminəm ki, dövlətlərimiz arasında münasibətlər gələcək illərdə də inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.
Zatı-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.