Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı
8
14:05 - 29 May 2025

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri bu gün başa çatıb.
TNS xəbər verir ki, Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir Məhəmməd Şahbaz Şərifi Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.