Close

Azərbaycan və Türkiyə prezidentləri, Pakistanın Baş naziri Laçın şəhərində seyrəngahda olublar - FOTO

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın şəhərində seyrəngahda olublar.

TNS xəbər verir ki, Prezident İlham Əliyevin iki il əvvəl mayın 28-də bu seyrəngahda ilk dəfə Laçına köçən keçmiş məcburi köçkünlərə evlərinin açarlarını təqdim etdiyi barədə qonaqlara məlumat verildi.

Bildirildi ki, indi burada Laçında istifadəyə verilmiş müəssisələrin məhsulları nümayiş olunur. Sərgidə “Laçın” Aqro-Sənaye Parkında, “PIRSHAGHI” ayaqqabı fabrikinin, “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin Laçın filiallarında, “LATIFA” Laçın tikiş fabrikində istehsal olunan məhsullar təqdim edilir. Həmçinin sərgidə “Bakı Abadlıq Xidməti”, efir yağları zavodu, “Naxışlı” tikiş evi, Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzi, “Həkəri” balıqçılıq təsərrüfatı da təmsil olunur.

Qeyd edək ki, sərgi 28 May - Müstəqillik Gününə həsr olunub.

17484426523235523221_1200x630

17484426523826820422_1200x630

1748442652473347560_1200x630

1748442652612026062_1200x630

17484426525564018618_1200x630

17484426522389150014_1200x630

17484426523998158076_1200x630

17484426525888341054_1200x630

1748442652455396913_1200x630

17484426524191318828_1200x630

17484426525126958806_1200x630

17484426521409860325_1200x630

17484426524344841668_1200x630

1748442652540011562_1200x630

17484426523691125688_1200x630

17484426521986165258_1200x630

1748442652449812532_1200x630

17484426521096164968_1200x630