Close

14:03
25 May 2025

Azərbaycan Prezidenti İordaniyanın Kralına təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə təbrik ünvanlayıb.

TNS xəbər verir ki, təbrikdə deyilir:

"İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İordaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".