Prezident Vergi Məcəlləsində dəyişikliyi TƏSDİQLƏDİ

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.
TNS President.az-a istinadla xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında kənd təsərrüfatı sahəsində subsidiyalara, güzəştli kreditlərə, kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışına və lizinqinə nəzarət edilməsi, habelə ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması məqsədləri üçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verə bilərlər.
Bundan başqa, dövlət başçısı "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.