Tikinti layihələrinin ekspertizadan keçirilməsi üzrə bəzi hərəkətlər elektronlaşdırılıb
11
16:10 - 22 May 2025
Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 may 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.
TNS xəbər verir ki, dəyişikliyə əsasən, "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları” yenilənib.
Belə ki, bundan sonra tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrinin ekspertizadan keçirilməsi üzrə bəzi hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.