Close

Prezidentdən Tələt Məcidovla bağlı Sərəncam

Tələt Tahir oğlu Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

TNS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Tələt Məcidov bu ordenə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, T. Məcidov 1999-cu ildən 2005-ci ilə kimi Bakı şəhəri Səbail rayonu İcra hakimiyyəti başçısının aparatında başçı vəzifəndə işləyib. O, 8 fevral 2005-ci ildən Azərbaycan Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsində Şöbə müdiridir.

Xatırladaq ki, sabah T. Məcidovun 80 yaşı tamam olur.