Prezident İlham Əliyev: "Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır"
4
12:47 - 21 May 2025

Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır.
TNS xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı söyləyib.
“Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır”, - deyən dövlətimizin başçısı əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edib.