Close

Kuba Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

TNS xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza səmimi-qəlbdən təbriklərimi çatdırıram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək niyyətimizi bir daha bildirmək istəyirəm.

Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm”.