Close

Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gedib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gedib.

TNS xəbər verir ki, Tirana şəhərinin Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Albaniya Baş nazirinin müavini, İnfrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.

17473206985115651190_1200x630

17473206981166833349_1200x630