Prezident Fərman imzaladı

Prezident İlham Əliyev "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Fərman imzalayıb.
TNS bu barədə President.az-a istinadla xəbər verir.
Qanunda edilən dəyişikliklə, heyvanlar üçün yem və bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında" aparılır.
Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və şərtlərlə dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən baytarlıq xidməti və nəzarəti tədbirləri sırasından heyvanlar üçün yem və bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı çıxarılır.