Close

15:11
06 May 2025

Prezident İlham Əliyev Belarusun Baş nazirini qəbul edib - FOTOLAR + YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Belarusun Baş naziri Aleksandr Turçini qəbul edib.

TNS xəbər verir ki, dövlət başçısı Azərbaycanla Belarus arasında əlaqələrin möhkəm dostluğa və qarşılıqlı etimada əsaslandığını qeyd edərək, Aleksandr Turçinin Baş nazir vəzifəsinə təyin olunmasından sonra ilk səfərlərindən birini Azərbaycana etməsinin məhz ölkələrimiz arasında olan sıx tərəfdaşlıq münasibətlərinin mahiyyətindən xəbər verdiyini deyib.

Prezident İlham Əliyev Azərbaycanla Belarus arasında mövcud siyasi əlaqələrin ruhuna uyğun olaraq iqtisadi-ticari münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Aleksandr Turçin, ilk növbədə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş edib.

İlk dəfə Bakıya səfər etdiyini deyən Belarusun Baş naziri paytaxtımızda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirib.

Görüşdə Azərbaycanla Belarus arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı. Bu xüsusda, Gəncə avtomobil zavodunda Belarus avtomobil texnikasının istehsalı və bu texnika üçün Azərbaycanın müxtəlif bölgələrində servis mərkəzlərinin yaradılmasının əhəmiyyəti vurğulandı. Azərbaycanda lift, məişət texnikası, kənd təsərrüfatı, xüsusilə heyvandarlıq, südçülük, ətçilik və quşçuluq üzrə birgə istehsal sahələrinin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsinə dair müzakirələr aparıldı. Hökumətlərarası komissiyaya qeyd olunan istiqamətlər üzrə müvafiq tapşırıqlar verilib.

Söhbət zamanı dost ölkə Belarusun şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərində iştirakı məmnunluqla qeyd edildi. Belarusun Baş naziri ölkəmizə səfəri çərçivəsində azad edilmiş ərazilərə gedəcəyini və vəziyyətlə yerində tanış olacağını bildirib.

Görüşdə ölkələrimiz arasında şəhərsalma sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunulub.

Dövlətimizin başçısı 2026-cı ildə Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini deyərək, Belarusu da bu tədbirdə yaxından iştiraka dəvət edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

10:29

Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Belarusun Baş naziri Aleksandr Turçini qəbul edib.

TNS xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

6819ab95d1f376819ab95d1f3817465127896819ab95d1f356819ab95d1f36

1746512712736712445_1200x630

17465127126408630373_1200x630