Close

Naxçıvanda Azərbaycanın XİN-in Aparatının idarəsi yaradılacaq

Naxçıvan Muxtar Respublikasında Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Aparatının idarəsi yaradılacaq.

TNS xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən XİN haqqında Əsasnamədə öz əksini tapıb.

Azərbaycan XİN Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Aparatının müvafiq idarəsinin yaradılması ilə bağlı tədbirlər görüləcək.