Close

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edilib

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.

TNS xəbər verir ki, orden Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə görüşündə təqdim olunub.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.

Birinci xanım Mehriban Əliyeva göstərilən diqqətə görə minnətdarlığını bildirib.

17462968854141648406_1200x630

9b8f51b0-63d8-3adb-bbb2-dab74352cb5f

099245d2-0e87-336b-b63e-532fdbdb8ba7