Close

Prezidentdən 1,5 milyon manatlıq Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı maliyyə vəsaitinin ayrılması üçün Sərəncam imzalayıb.

TNS xəbər verir ki, altı yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün 1,5 milyon manat ayrılması nəzərdə tutulub. 

Qeyd olunub ki, vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.