Close

15:44
28 Aprel 2025
15:36
28 Aprel 2025
15:24
28 Aprel 2025

İran Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

Bu gün Azərbaycan rəsmi səfərə gələn İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub.

TNS xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İran Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

İran və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Məsud Pezeşkiana, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Prezidentlər rəsmi foto çəkdiriblər.

1745831973124428221_1200x630

17458319733307534309_1200x630

1745831973539553944_1200x630

174583197373343490_1200x630

17458319732500036420_1200x630

17458319735999757896_1200x630

17458319732118726080_1200x630