Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb - FOTO
11
16:45 - 24 Aprel 2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri aprelin 24-də başa çatıb.
TNS xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.