Close

10:46
09 May 2025

Azərbaycan Prezidentinin Çində rəsmi qarşılanma mərasimi olub

Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi keçirilib.

TNS xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.

Çin nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təqdim olundu.

Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

17453954006494610473_1200x630

1745395400422263758_1200x630

174539540046071309_1200x630

17453954005773338866_1200x630

17453954005625113354_1200x630

1745395401325522601_1200x630

17453954003718961074_1200x630

17453954006494610473_1200x630_1

17453954014911137757_1200x630

17453954014400642281_1200x630

1745395401410684677_1200x630