Close

23:04
12 Aprel 2025

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak edib - FOTO

Aprelin 12-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Parçalanan dünyada gələcəyin qurulması: Təhsilin transformasiya gücü” adlı panel iclas təşkil olunub.

TNS xəbər verir ki, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Tədbirdən əvvəl Afrika Mədəniyyət Evinin stendi ilə tanışlıq olub. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir.

Türkiyə Maarif Vəqfinin dəstəyi ilə keçirilən tədbir bu qurumun fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

İclasda qurumun dünyada həyata keçirdiyi işlərdən bəhs edildi. Bildirildi ki, dünyanın 55 ölkəsində fəaliyyət göstərən Vəqfin məktəblərində 70 minə yaxın şagird təhsil alır.

Panel iclasda hazırkı dövrdə təhsilin inkişafının vacibliyindən geniş danışıldı.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan çıxış edərək müharibələrin çoxaldığı bir dövrdə təhsilin nə qədər əhəmiyyətli olduğuna diqqət çəkdi. Bildirdi ki, təhsil bu gün sosial iştirak və davamlı inkişaf üçün hər zaman olduğundan daha çox vacibdir.

Sonra Türkiyə Maarif Vəqfinin Kot-d'İvuar Respublikasındakı məktəbinin şagirdləri müxtəlif dillərdə mahnılar oxudular.

17444638061124860722_1200x630

17444638065886735075_1200x630

17444638062020648140_1200x630

174446380619866797_1200x630

17444638066438831044_1200x630

1744463806507173160_1200x630

17444638064022365217_1200x630

17444638066017854673_1200x630

17444638061363141586_1200x630

17444638061322041758_1200x630

17444638066324160571_1200x630

1744463806440233547_1200x630

1744463806616529499_1200x630

1744463806387231393_1200x630

17444638065843933278_1200x630

17444638063448428467_1200x630

17444638062825824810_1200x630

17444638063201211255_1200x630

17444638064813562438_1200x630

1744463806365484571_1200x630

1744463806321921472_1200x630

17444638063551449468_1200x630

17444638061624549923_1200x630

1744463806260935186_1200x630