Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatı müzakirə edilib
9
18:05 - 11 Aprel 2025

Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsi müzakirə edilib.
TNS xəbər verir ki, bu məsələyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü zamanı toxunulub.
Görüşdə ölkələr arasında yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.