Close

23:04
12 Aprel 2025

Prezidenti İlham Əliyevin iştirakı ilə “Antalya Diplomatik Forumu”nun açılış mərasimi keçirilib - YENİLƏNİB - FOTO

Aprelin 11-də Türkiyənin Antalya şəhərində “Antalya Diplomatiya Forumu”nun açılış mərasimi keçirilib.

TNS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Tədbirdə əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidan giriş nitqi ilə çıxış etdi. O, Forumun əhəmiyyətini vurğuladı, tədbirdə çox nüfuzlu qonaqların iştirak etdiyini dedi.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Türkiyə dövlətinin başçısı hazırda dünyada mövcud olan problemlərin müzakirəsinin vacibliyini vurğulayaraq, bu baxımdan Forumun roluna toxundu.

Qeyd edək ki, qlobal çağırışlarla bağlı müzakirələrin aparılması, onların həlli yollarının tapılması kimi məsələlərdə dünyanın aparıcı platformalarından biri olan “Antalya Diplomatiya Forumu”nda 20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir olmaqla ümumilikdə 140 ölkədən 450-dək yüksəksəviyyəli nümayəndə iştirak edir.

Forum çərçivəsində müxtəlif formatlarda keçiriləcək 50-dən artıq tədbirdə Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələr aparılacaq.

17:55

Aprelin 11-də Türkiyənin Antalya şəhərində “Antalya Diplomatik Forumu”nun açılış mərasimi keçirilib.

TNS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

16:30

Bu dəqiqələrdə Türkiyənin Antalya şəhərində “Antalya Diplomatik Forumu”nun açılış mərasimi keçirilir.

TNS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.

17443831115209825544_1200x630

17443831113949422935_1200x630

17443831115743312149_1200x630

1744383111551060466_1200x630

17443831115420122212_1200x630

17443831115118524111_1200x630

1744383111222419646_1200x630

17443831114255842415_1200x630