Close

Prezident Rafael Qvaladzeni təltif etdi - SƏRƏNCAM

Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rafael Sergeyeviç Qvaladze 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

TNS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, o, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə Hüquq Şurasının üzvüdür.