Azərbaycan-Yaponiya Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 67 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının (bundan sonra – Dövlət Komissiyası) yeni tərkibi təsdiqlənib.
TNS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət Komissiyasının sədri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti
Dövlət Komissiyasının üzvləri
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti
PAŞA Holdinqin Baş icraçı direktoru
NEQSOL Holdinqin Baş icraçı direktoru
Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.
Sərəncamda, həmçinin Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Dövlət Komissiyasının Katibliyinin yaradılması və Katibliyin funksiyasının həyata keçirilməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilməsi qeyd olunub.