Prezident Məmmədbağır Əliyevlə bağlı Sərəncam imzaladı - FOTO
136
12:46 - 08 Aprel 2025

Məmmədbağır Cavad oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilib.
TNS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla M.Əliyev Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai fəaliyyətinə görə bu mükafata layiq görülüb.