Prezident İlham Əliyev Ramazan bayramı ilə bağlı paylaşım edib
24
20:31 - 29 Mart 2025

Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib.
TNS xəbər verir ki, dövlət başçısının paylaşımında deyilir:
“Əziz bacı və qardaşlarım! Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Allah orucunuzu və dualarınızı qəbul etsin. Ramazan bayramınız mübarək olsun!”.