"Ağdamın Kəngərli və Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub"

"Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir, ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar".
TNS xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında deyib.
Dövlət başçısının sözlərinə görə, bu, keçmiş köçkünlərin qayıtdıqları artıq 13-cü yaşayış məntəqəsidir:
"Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq, Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək".