Prezident İlham Əliyev və xanımı Həsənrizdə sakinlərlə Novruz tonqalını alovlandırıblar
8
10:34 - 18 Mart 2025
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
TNS xəbər verir ki, sonra dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar.