Close

Bu nazirin müavininə yeni vəzifələr verildi

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini 3 hökumətlərarası komissiyanın tərkibinə daxil edilib.  

TNS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Sərəncam imzalayıb. 

Sərəncamda deyilir:

"Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 23 may tarixli 2834 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 423 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. “əmək və əhalinin sosial müdafiəsi” sözləri “maliyyə” sözü ilə əvəz edilsin;

1.2. “Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini”.

2. “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 yanvar tarixli 118 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 18 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. “əmək və əhalinin sosial müdafiəsi” sözləri “maliyyə” sözü ilə əvəz edilsin;

2.2. “Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini”.

3. “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 2784 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 290 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. “əmək və əhalinin sosial müdafiəsi” sözləri “maliyyə” sözü ilə əvəz edilsin;

3.2. “Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini”.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1–3-cü hissələri ilə edilən dəyişikliklər barədə qarşı tərəflərə müvafiq bildirişlər göndərsin".