"Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir"
6
15:24 - 11 Mart 2025

Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir.
TNS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatında bildirib.
“Biz Avropadakı tərəfdaşlarımızın xahişlərinə hər zaman böyük diqqətlə yanaşmışıq”, - deyən dövlətimizin başçısı əlavə edib. Azərbaycan Prezidenti, həmçinin vurğulayıb: “Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq”.