Azərbaycanda “Barselona” futbol akademiyası yaradılacaq
13
11:40 - 01 Mart 2025

Azərbaycanda “Barselona” futbol akademiyası yaradılacaq.
TNS xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev “Barselona” klubunun prezidenti Xuan Laportanı qəbul edərkən bildirilib.
Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirildi, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.