Bakıda çoxmənzilli binalarda 141 lift dəyişdiriləcək - SƏRƏNCAM
9
15:05 - 28 Fevral 2025

Bakıda 9 mərtəbəli binalarda 141 lift dəyişdiriləcək.
TNS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakıda liftlərin dəyişdirilməsinə 7 milyon manat vəsait ayrılıb.