Prezident İlham Əliyevin adından Pakistanın Baş nazirinin şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB - FOTO

Fevralın 24-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin şərəfinə dövlət ziyafəti verilib.
TNS xəbər verir ki, ziyafətdə Azərbaycan və Pakistan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.
18:28
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin şərəfinə dövlət ziyafəti verilir.
TNS xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.