Azərbaycan lideri Estoniya Prezidentini təbrik edib
7
11:22 - 24 Fevral 2025

Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Prezidenti Alar Karisə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
TNS xəbər verir ki, dövlətimizin başçısı məktubunda Azərbaycan ilə Estoniya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəyinə inamını bildirib.
Prezident İlham Əliyev bu əlamətdar gün münasibətilə Prezident Alar Karisə ən xoş arzularını çatdırıb, Estoniya xalqına daimi əmin-amanlıq və rifah arzulayıb.
Əlaqəli xəbərlər
12:57
24 Fevral 2025
11:06
24 Fevral 2025
12:04
23 Fevral 2025